Xəlifə onun fikirlərini diqqətlə
dinləyir, Cavanşir haqqında deyilən xoş sözlərin doğru olduğunu
düşünürdü. Cavanşir ağıllı və uzaqgörən hökmdar,
səriştəli və güclü sərkərdə kimi şöhrət qazanmışdı. Xəlifə Albaniya
hökmdarının şərəfinə ziyafət verdi. Cavanşirə çoxlu hədiyyələr
bağışladı. Onlar razılığa gəldilər ki, Albaniyanı bundan
sonra da Cavanşir idarə edəcəkdir. Xəlifə Cavanşirin öz ölkəsini
necə idarə etməsinə və bu ölkənin qayda-qanunlarına qarışmayacağını
bildirdi. Albaniya Ərəb dövlətinə yalnız müəyyən qədər
vergi verməli idi. Cavanşir öz ölkəsinin üzərinə qoyulmuş vergilərin
azaldılmasını xahiş etdi. Xəlifə vergiləri üçdə bir qədər
azaltdı.
Beləliklə, Cavanşir öz ölkəsinin müstəqilliyinin qorunub saxlanılmasına nail oldu. Eyni zamanda o,
ölkədə quruculuq işlərinə başladı. Dağıdılmış şəhərlər bərpa edildi.
Albaniyada Girdiman qalasının qalıqları. İsmayıllı rayonu, Lahıc kəndi