7-ci yüzillikdə Ərəb xilafəti güclü bir dövlətə çevrilmişdi. Bir çox dövlətlər Xilafət qoşunlarının hücumları qarşısında tab gətirə bilmədi. Cavanşir Albaniyanı ərəblərin yürüşlərindən qorumaq üçün Bizansla müttəfiq oldu, lakin bu ittifaq uzun müddət davam etmədi. Albaniya hökmdarı öz vətəninin müstəqilliyini qorumaq məqsədilə xəlifə* ilə görüşməyi qərara aldı. O, Xilafətin paytaxtı Şam (Dəməşq) şəhərinə səfər etdi.
7-ci əsrin 60-cı illərində xəlifə öz sarayında Albaniya hökmdarı, məşhur Azərbaycan sərkərdəsi Cavanşirlə görüşdü. Onlar arasında mühüm danışıqlar oldu. Bu danışıqlarda Azərbaycanın Xilafət üçün rolu, Albaniya üzərinə qoyulmuş vergilər və digər vacib məsələlər müzakirə olunurdu.
Xəlifə* — ərəb dövlətinin hökmdarı