Atropatena ticarət yollarının üzərində yerləşirdi. Ticarət yollarının üstündə yerləşməsi ölkənin sürətli inkişafına kömək edirdi. Müxtəlif ölkələrin tacirləri Atropatenaya gəlir və ticarət edirdilər.
Hindistan və Çin o dövrdə zəngin ölkələr kimi məşhur idi. Bu ölkələrin bazarlarında hər çeşiddə mallar var idi. Hindistan və Çindən gələn tacirlər də digər ölkələrə getmək üçün Atropatenanın ərazisindən keçirdilər. Bu ölkənin zəngin təbiəti, tarlaları və bağları, mal- qara sürüləri onların böyük marağına səbəb olurdu. Onlar gördüklərini ətraf ölkələrdə danışırdılar. Bu yolla ətraf ölkələr Atropatenanın necə zəngin sərvətlərə və münbit torpaqlara malik olduğunu öyrəndilər. Qonşu dövlətlərin hökmdarları bu sərvətləri ələ keçirmək, ona sahib olmaq istəyirdilər. Ona görə də tez-tez Atropatenaya hücumlar edirdilər. Atropatena döyüşçüləri bu hücumların qarşısını mətinliklə alırdılar.
Xalqımız ölkəmizin bütövlüyü və müstəqilliyi uğrunda hər zaman qəhrəmancasına mübarizə aparmışdır.
E.ə. 1-ci əsrin ikinci yarısında dövrünün qüdrətli Roma dövləti Atropatenaya hücum etdi.