Düşmənlərin Manna qalasına hücumu (qədim rəsm)
Düşmənlər məqsədlərinə nail olmaq üçün ölkəni daxildən zəiflətməyə çalışırdılar. Mərkəzi hakimiyyətə tabe
olmaq istəməyən vilayət hakimlərini üsyanlara təhrik edirdilər. Bu isə dövlətin zəifləməsinə, onun
müdafiəsinin çətinləşməsinə səbəb olurdu. Nəticədə üç əsrə yaxın mövcud olmuş Manna dövləti tədricən
zəiflədi və süqut etdi.