Manna əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. İranzunun göstərişi ilə quraqlıq və qıtlıq illərində dövlətə məxsus taxıl anbarlarından əhaliyə taxıl paylanırdı.
Manna ticarət yollarının üzərində yerləşdiyinə görə burada çoxlu şəhərlər meydana gəlmişdi. Mannaya qonşu ölkələrdən tacirlər gəlirdi. Şəhərlərin əksəriyyəti hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdu. Bu cür şəhərlər qala şəhərlər adlanırdı. Şəhərlərdə sənətkarlıq və ticarət yüksək inkişaf etmişdi.
Yüksək mədəniyyətə malik olan mannalılar yazı ilə tanış idilər.
Manna ərazisi sərvətlərlə zəngin idi. Ona görə də qonşu dövlətlər bura hücumlar edirdilər. Mannalılar da öz vətənləri və onun müstəqilliyi uğrunda mübarizə aparırdılar.
Mannada hazırlanmış qızıl qablar
*Canişin — vilayətləri idarə edən şəxs