§ 5. AZƏRBAYCANIN ƏN QƏDİM DÖVLƏTİ

Tayfa birlikləri necə yarandı?

Tarixi Azərbaycan torpaqları şimalda Böyük Qafqaz dağlarından, cənubda Zəncan və Həmədana qədər uzanırdı. Şərqdə Xəzər dənizindən qərbdə Göyçə gölü hövzəsi də daxil olmaqla Şərqi Anadoluya qədər əraziləri əhatə edirdi.

Qədim zamanlarda Azərbaycan ərazisində yaşayan tayfalar qonşuların aramsız hücumlarına məruz qalırdılar. Zaman keçdikcə tayfalar birləşir, tayfa birlikləri yaranırdı. Bəzən güclü tayfalar daha zəif tayfaları tabe edir, bəzən isə düşmən hücumlarından qorunmaq üçün bir neçə qohum tayfa birləşirdi. Tayfaların birləşməsi ilə

Qədim dövlət qurumları necə yarandı?
onların idarəetmə forması da dəyişdi. Çünki bu birliklər indi daha çox insanı əhatə edirdi. Ona görə də tayfa birliyinin idarə olunması üçün qaydalar yaradıldı. Yeni yaradılmış qaydalar hələ mükəmməl deyildi. Ona görə də tayfa birliklərini dövlət yox, ilk dövlət qurumu adlandırırlar. Azərbaycan ərazisində ilk dövlət qurumları təxminən 5000 il bundan əvvəl yaranmışdır. Dövlət qurumlarının idarə olunması qaydaları getdikcə təkmilləşirdi.

Manna dövlətinin yarandığı qədim Azərbaycan ərazisi