Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel zəfərinin birilliyi münasibətilə çıxışında qeyd etmişdir: “Biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik!”
2018-ci ilin mayında Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmişdir. Azərbaycan Ordusu Ermənistanın paytaxtını ölkənin cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsini nəzarəti altına almışdır.