Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Azərbaycanın firavan gələcəyi, Azərbaycan xalqının bu günü və xoşbəxt sabahı naminə fəaliyyət göstərir. İstedadlı gənclərin üzə çıxarılması, inkişafı, onların dünyaya tanıdılması məsələləri, sərgilərin, konsertlərin təşkili Heydər əliyev Fondunun əsas məqsədlərindəndir.
2011-ci ildə Azəbaycan Avropanın nüfuzlu musiqi yarışı olan ”Avroviziya” mahnı müsabiqəsində qalib gəlmişdir. Bu qələbə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin, gənclər arasında aparılan obyektiv seçimlərin nəticəsində qazanılmışdır.
2015-ci ildə keçirilən BAKI—Avropa oyunları da Azərbaycanda idmana və gənclərə qayğının ən gözəl nümunəsi idi.
Ulu Öndərimizin xeyirxah əməllərini, azərbaycançılıq ideyalarını əsas götürərək Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında, milli-mənəvi dəyərlərinin qorunmasında və digər taleyüklü məsələlərin həllində Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır.