Hər bir ölkənin inkişafı onun təhsili ilə bağlıdır. Gələcək uğurların təməli təhsil siyasətindən asılıdır. Ona görə də İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir. Təhsil sahəsində islahatlar keçirilir. Bu istiqamətdə müxtəlif proqram və sənədlər qəbul edilir. Ölkəmizin müstəqilliyinin qorunması və torpaqlarımızın azad edilməsi ölkə Prezidentinin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu məqsədlə Azərbaycan Ordusunun daha da güclənməsinə diqqət göstərilir. Ordunun müasir silahlarla təchiz edilməsi təmin edilir. İlham Əliyev həm də Azərbaycan Ordusunun Ali Baş Komandanıdır.
Artıq Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Xalqımız öz Prezidentinin hər bir addımını böyük razılıqla qarşılayır. Çünki o, daim xalqın içərisində olur, onun ehtiyaclarını öyrənir, dərdinə çarə tapır — əməkhaqqını artırır; yeni iş yerləri açır. Xalqının həyatına dərindən bələd olan Prezident İlham Əliyev bütün Azərbaycanı inkişaf etdirmək, Ata Yurdumuzun hər bir guşəsini abad, firavan görmək istəyir. O, prezident seçkilərindən əvvəl xalqa söz vermişdi ki, mən Azərbaycanın hər bir vətəndaşının prezidenti olacağam! Prezident atdığı hər bir addımda sözünə sadiq olduğunu sübut edir.
Azərbaycanın hər bir bölgəsini, şəhərini, qəsəbəsini, kəndini, xalqın hər bir övladını, ölkənin bütün vətəndaşlarını eyni məhəbbətlə sevir. İlham Əliyev müasir dünyanın böyük dövlət xadimidir. Onun bütün dünyada böyük hörməti və nüfuzu var. Xalq onu sevir və dəstəkləyir, çünki İlham Əliyev Heydər Əliyev yolu ilə gedir və xalqı da öz arxasınca aparır!
Heydər Əliyev irsinin daha bir davamçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Müasir Azərbaycanın quruculuq işlərində və inkişafında fəal iştirak edənlərdən biri də məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Yardıma ehtiyacı olan hər bir insana diqqət Heydər Əliyev Fondunun əsas qayğılarından biridir.