Belə əmək alətləri ilə bərk torpağı şumlamaq, kanallar və arxlar çəkmək və digər işləri görmək daha asan idi. İstehsal olunan məhsul sürətlə artırdı. Daha nüfuzlu insanlar: tayfa başçıları, kahinlər* artıq qalan məhsulu mənimsəyib varlanırdılar. İnsanlar arasında bərabərsizlik yaranırdı. Beləliklə, cəmiyyətdə varlılar və kasıblar meydana gəldi. Cəmiyyət inkişaf etdikcə bərabərsizlik daha da dərinləşirdi. Bərabərsizliyin nəticəsində sonralar dövlətlər yarandı. Dövlətin yaranmasında bərabərsizliyin nə üçün vacib olmasını siz gələcək dərslərdə öyrənəcəksiniz.
Dövr | Xüsusiyyətlər |
Qədim daş | |
Orta daş | |
Yeni daş |
*Kahin — bütpərəstlikdə din xadimi