Ulu Öndərin gəncliyində bir arzusu olmuşdu. Onun arzusu memar olmaq idi, lakin o, peşəkar memar ola bilmədi. Siyasi memar oldu. Onun “şah əsəri” isə müstəqil Azərbaycan oldu. Qüdrətli Azərbaycan. Gücümüzün, qüdrətimizin mənbəyi olan müstəqil Azərbaycan dövləti yaşadı və möhkəmləndi. Ulu rəhbər Ata Yurdumuzu, doğma xalqımızı canından artıq sevirdi. O, həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Doğma xalqını işıqlı gələcəyə qovuşdurmaq üçün gecəsini gündüzünə qatan, daim hiyləgər düşmənlərlə çarpışan dahi rəhbər Vətən yolunda, xalq yolunda bütün gücünü əsirgəmədi.
2003-cü ilin prezident seçkilərində İlham Əliyev qalib gəldi. Həmin ilin 12 dekabrında ulu rəhbər əbədiyyətə qovuşdu. Dünyanın hər yerinə səpələnmiş çoxmilyonlu Azərbaycan xalqına çox ağır bir itki üz verdi. Bu gün Heydər Əliyevin Bakı şəhərində Fəxri xiyabandakı məzarı xalqımızın və ölkəmizə gələn bütün qonaqların müqəddəs ziyarətgahına çevrilmişdir.