Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəbini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!”
İllər keçdi... Azərbaycanın tarixində ağrılı-acılı çox hadisələr baş verdi. 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi, torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycanın iqtisadiyyatı dağıldı, elm və mədəniyyətimiz durğunluğa məruz qaldı.
1993-cü ilin iyun ayı idi. Azərbaycan tarixinin ən çətin dövrlərindən birini yaşayırdı. Torpaqlarımız işğal edilmişdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Müxtəlif siyasi və hərbi qruplaşmalar arasında gedən daxili mübarizə respublikanı süquta doğru aparırdı. Bu zaman tarix səhnəsinə yenidən Heydər Əliyev dühası çıxdı. Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Beləliklə, 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil oldu. Onun böyük dövlətçilik təcrübəsi xalqı yeni faciələrdən qorudu. Bundan sonra yeni Azərbaycanın qurulmasına başlandı.
Ulu Öndərin müdrik daxili və xarici siyasəti ölkəmizi böyük dövlətlərin strateji tərəfdaşına çevirdi. Bütün dövrlərin ən böyük iqtisadi layihələrindən biri olan “Əsrin müqaviləsi” bunun sübutudur. 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası ilə dünyanın ən nüfuzlu ölkələrini təmsil edən neft şirkətləri arasında saziş imzalandı. “Neft strategiyasının əsası qoyuldu. Bu, adi iqtisadi saziş deyildi. Bu, iqtisadi inkişafımızın təməli, müstəqilliyimizin təminatı idi.
Heydər Əliyev qardaş türk-islam dövlətləri ilə əlaqələri möhkəmləndirdi. Dünyanın bütün ölkələri ilə əməkdaşlıq münasibətləri yaradıldı. Tarixi qonşularımız olan Rusiya və İranla əlaqələr sahmana salındı.