II. «ONU ÖN CƏBHƏDƏ AXTARIN!»
Ağakərim dayı gecəni çox pis yatmışdı. Oğlu Mübariz sarıdan narahat idi. Mübariz düşmənlə üzbəüz mövqedə, ön cəbhədə xidmət edirdi. Hərbi xidmətə də könüllü getmişdi. Artıq gizir rütbəsindəydi. Özü də kəşfiyyatçı idi. Dəfələrlə düşmənin arxasına keçib dəqiq məlumatlarla sağ-salamat geri dönmüşdü. Düşmənin yerləşdiyi ərazini yaxşıca öyrənmişdi. Hansı səmtdən düşmən tərəfə keçib kəşfiyyat aparmağı, hansı yamacın, qayanın arxasında səngərlənib mövqe tutmağı özü üçün tam dəqiqləşdirmişdi. Bu gecə, 19 iyun gecəsi onun gecəsi olmalıydı. Düşməndən şəhidlərin, yurdunu itirənlərin intiqamını alacaqdı. Hökmən alacaqdı!
Ağakərim dayı sübh tezdən telefon zənginə yuxudan oyandı. Nigarançılıq içində telefonun dəstəyini qaldırdı:
— Eşidirəm!
Telefondan amiranə bir səs eşidildi:
— Salam, ağsaqqal!
— Salam. Buyurun, sizi eşidirəm.
— Sizi narahat edən hərbi hissə komandiridir. Oğlunuz bu gecə hərbi hissədən silahını
Ağakərim dayı bir an duruxdu. Sonra çox sakit halda dedi:
— Komandir, mən oğlumu yaxşı tanıyıram heç vaxt fərarilik etməz. Onu buralarda yox, ön cəbhədə axtarın.