Prezident Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının yaddaşında və dünya tarixində kədər, matəm rəmzi olaraq qalacaqdır. Tarixdə «Şəhid şəhər» kimi anılacaqdır.
Bakının mərkəzində — Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır. Bu abidə xalqımızın müqəddəs and yerlərindən biri hesab olunur. Biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacağıq! Tarix bu vəhşiliyi bağışlamayacaq.