Beləliklə, müstəqil Azərbaycan torpağında ikinci bir oyuncaq erməni «dövləti» yaradılmış oldu. Bu cür hiylələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildi. Amma hələ SSRİ dövləti qalırdı. Nə qədər ki, SSRİ dağılmamışdı, Azərbaycan tam müstəqil ola bilməzdi.
1991-ci ilin dekabrında SSRİ dağıldı. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi keçirildi. Səs verənlərin böyük əksəriyyəti Azərbaycan Respublikasının müstəqilliyinə tərəfdar çıxdı.
Bu müstəqillik xalqımızın sovet işğalına qarşı 70 illik mübarizəsinin yekunu oldu. Xalqımız öz müstəqilliyini və azadlığını bərpa etdi.