Ulu öndər Heydər Əliyevin göstərişi ilə Şəhidlər Xiyabanında böyük, möhtəşəm abidə ucaldılmış, Xiyaban abadlaşdırılmış və müqəddəs ziyarətgaha çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hadisə Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin hərbi təcavüzü və cinayəti kimi qiymətləndirilmişdir.
Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmişdir. Xalqın azadlığı uğrunda canlarını tanklara sipər edənlərin ən çox qətlə yetirildiyi yer hazırda 20 Yanvar meydanı adlanır. Bundan başqa, həmin meydana çıxan metro stansiyası da 20 Yanvar adını daşıyır. Bakı şəhərində, habelə ölkəmizin başqa yerlərində də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən çoxlu abidələr, xatirə yerləri vardır, lakin ən möhtəşəm abidəni xalqımız öz qəlbində, yaddaşında yaratmışdır. Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.