«Mixaylo»nun adı partizanlar arasında şöhrət qazanmışdı. Bu ad Mehdi Hüseynzadənin ləqəbi idi. O, mahir kəşfiyyatçı idi. Alman dilini yaxşı bilirdi. Gah faşist zabiti formasında, gah da kəndli geyimində şəhərləri, kəndləri gəzirdi. Partizanlara lazım olan məlumatları toplayır və partlayışlar törədirdi. Faşistlər Mehdinin öldürülməsi üçün mükafat təyin etmişdi.
Bir dəfə Mehdi kiçik partizan dəstəsi ilə faşist zindanına hücum etmiş və çoxlu əsir azad etmişdi. Mehdi faşistlərlə qeyri-bərabər bir döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ona ölümündən sonra ən yüksək ad — Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Mehdi Hüseynzadə haqqında çoxlu kitab yazılıb. Onun qəhrəmanlığından bəhs edən «Uzaq sahillərdə» adlı film çəkilib. Bakının mərkəzi meydanlarından birində onun abidəsi qoyulub. Adına qəsəbələr, küçələr, məktəblər və s. var.
Mehdi Hüseynzadə | Əhmədiyyə Cəbrayılov |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |