Onların abidələri ucaldılmış, ev-muzeyləri açılmış, məktəblərə, küçələrə, mədəniyyət ocaqlarına onların adı verilmişdir.
Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində Hüseyn Cavid Naxçıvandakı ev-muzeyinin yanında dəfn edilmişdir. İndi orada Hüseyn Cavidin möhtəşəm məqbərəsi ucalır. Onun adına Bakıda məktəb, küçə və bağ var.