Burada yastıq kimi iki iri daşın üstündə üçüncü qaya daşı qoyulmuşdur. Bu daş altdakı daşlara nisbətən xeyli yastıdır. Kiçik bir daşla bu qaya daşına vuranda cingiltili səs yaranır. Bu zərb musiqi aləti ulu babalarımızın ixtirasıdır. “Qavaldaş”dan xüsusi olaraq rəqs və mahnı mərasimləri üçün istifadə edirdilər. Qədim insanlar musiqi sədaları altında şövqlə rəqs edir, əl-ələ tutub ritmli yallı gedirdilər.
«Qavaldaş» musiqi aləti bu gün də öz quruluşu, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük heyrətinə səbəb olur.
Açıq səma altında qayalar üzərindəki qədim rəsmlərə, “Qavaldaş”a və digər maddi tapıntılara görə Qobustan qoruğu UNESCO* -nun dünya mədəniyyət irsi siyahısına daxil edilmişdir.
*UNESCO — elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış beynəlxalq təşkilat