Xüsusi düşünülmüş damğalar vardı: «xalq düşməni», «milliyyətçi», «əks-inqilabçı» və s.
Türk, islam sözlərini işlətmək, milli ənənələri xatırladacaq fikirlər söyləmək xəyanət hesab olunurdu.
Yeni qətllərin törədilməsində mühüm dövlət vəzifələrini tutmuş ermənilərin də rolu böyük idi. Onlar hər fürsətdə azərbaycanlı ziyalıların həbsinə, güllələnməsinə bəhanələr yaratmaqla məkrli soyqırımı siyasətini davam etdirirdilər.
29 min günahsız adam həbs edilərək güllələnmişdi. Məhv edilən şair və yazıçılar içərisində Mikayıl Müşfiq, Tağı Şahbazi, Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz və başqaları vardı. Qətl qurbanlarının ailə üzvləri,
İllər keçdi. Xalqı faciəyə düçar edənlər ifşa olundular. Haqsız qətl qurbanlarının çoxuna ölümündən sonra bəraət verildi, yəni onların günahsız olduqları bəyan edildi. Bu bəraətlər onların yaxınlarına təsəlli olsa da, 1937-ci il Azərbaycan tarixində və xalqımızın yaddaşında ən böyük faciələrdən biri kimi qaldı.
Bu gün 1937-ci il qurbanlarının adı əbədiləşdirilmişdir.