Nəriman Nərimanov gözəl yazıçı idi. O, «Nadir şah» və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu «millətçi» adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi. Ona görə də 1925-ci ildə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra Nəriman Nərimanov müəmmalı şəkildə dünyasını dəyişdi.