Bolşeviklərin üsyançılar üzərinə hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. 11-ci Ordu komandanlığı Gəncəyə əlavə qüvvələr gətirdi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşdirildi və əsas hücum buradan başladı. Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə məhv edildi.
Üsyan yatırıldıqdan sonra Azərbaycan Milli Ordusunun bir çox generalları və digər rütbəli hərbçiləri ilə yanaşı, xalqımızın görkəmli dövlət xadimləri, ziyalıları bolşeviklər tərəfindən güllələndi.
Səbəb | Nəticə |
11-ci Sovet Ordusunun hücumu | |
1920-ci ilin mayında Gəncədə üsyan baş verməsi |