Bayraq, himn, milli ordu — bunlar doğma Vətənimizin azadlığından, müstəqilliyindən xəbər verirdi. Bu isə adamların qəlbini fərəh və qürurla doldururdu. Hamı bir-birini təbrik edirdi, çünki artıq xalqımızı qoruyan bir ordu var idi.
1920-ci ilin yanvarında 30 mini piyada, 10 mini isə süvari olmaqla 40 min nəfərlik nizami ordumuz vardı.
Azərbaycan ordusu gücünü döyüş meydanlarında da göstərdi. 1920-ci ilin Novruz bayramı gecəsi ermənilər Qarabağda qiyam qaldıraraq Əsgəran keçidini tutdular. Qiyamçılara kömək üçün Ermənistandan nizami ordu göndərilmişdi.
Bu qiyam Azərbaycanın işğalı və bölüşdürülməsi məqsədilə Sovet Rusiyası ilə erməni-daşnak qüvvələri arasındakı sövdələşmə nəticəsində həyata keçirilirdi. Erməni-daşnak qüvvələri bütün Qarabağı ələ keçirməyə cəhd göstərməklə, həm də Azərbaycanın şimal sərhədlərinin müdafiəsinin tamamilə zəiflədilməsinə və bununla da bolşevik işğalının asanlaşmasına əlverişli şərait yaratmalı idi.
General Həbib bəy Səlimovun başçılığı ilə Azərbaycan ordusu apreldə Əsgəranda, Xankəndidə və Zəngəzurda erməni hərbi qüvvələrini məğlub etdi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Səməd bəy Mehmandarov | Əli ağa Şıxlinski |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |