Əli ağa Şıxlinski 1863-cü ildə Qazax bölgəsində anadan olmuşdur. Şıxlinskilər nəsli Azərbaycanda tanınmış bir nəsil idi. Əli ağa Tiflisdə hərbi gimnaziyanı əla qiymətlərlə
bitirmişdi. Sonralar Peterburqda topçuluq məktəbində oxuyanda da Əli ağa Şıxlinski əlaçı şagird idi. Təhsildə olduğu kimi, o, ön cəbhədə də, döyüş meydanlarında da həmişə birinci olardı. Buna görə də o, komandirlər və əsgərlər arasında böyük hörmət və məhəbbət qazanmışdı.
Əli ağa Şıxlinski
(rəssam Abdulla Ələkbərov)
1919-cu il aprel ayının əvvəllərində Bakıda camaat arasında belə bir xəbər yayıldı: “Ordumuz sabah paytaxta gəlir”. Ordunun gəlişi münasibətilə şəhəri bəzəməyə başladılar. Binaların üstündə, divarlarında, darvazaların, qapıların üzərində üçrəngli bayrağımız dalğalanırdı. Qırmızı və ağ parçalar üzərində iri hərflərlə “Yaşasın Azərbaycan!”, “Yaşasın azadlıq!”, “Var olsun millət!” şüarları həkk olunmuşdu. Nəhayət, əsgərlər göründü. Hərbi addım səsləri hər tərəfə yayılırdı. Piyadaların dalınca digər hərbi hissələr,