O, çıxışına üçrəngli bayrağımızı göstərərək başladı: «Həyatın xoşbəxtliyi azadlıqdadır. Bu azadlıq bayrağı daima başımızın üzərində dalğalanacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz!»
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza bəxş etdiyi mədəni nailiyyətlərdən biri də Bakı Dövlət Universitetinin yaradılmasıdır. Ölkəmizin yeni tipli ilk ali məktəbi olan bu universitet 1919-cu ildə açılmışdır. Bir çox ali məktəblər, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Bakı Dövlət Universitetinin əsasında yaranmışdır. Universitet dünya şöhrətli alimlər, mütəxəssislər yetişdirmişdir. Xalqımızın dahi oğlu Heydər Əliyev Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunudur. Universitetdə yalnız ölkəmizin vətəndaşları deyil, həmçinin xarici ölkələrin vətəndaşları da təhsil alırlar. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti ilə fəxr edir.
Səbəb | Nəticə |
Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövlətinin sülh dostluq müqaviləsinin bağlanması | |
Bakının azad edilməsi |