Azərbaycan Xalq Cümhuriyyəti bütün çətinliklərə baxmayaraq, mühüm qərarlar qəbul etdi. Azərbaycan (türk) dili dövlət dili elan edildi. Milli Ordu yaradıldı. 1918-ci il noyabrın 9-da üçrəngli — mavi, qırmızı və yaşıl zolaqlı bayrağımız Dövlət bayrağı kimi qəbul edildi. Bu gün biz bu tarixi Dövlət bayrağı günü kimi qeyd edirik.
1918-ci il dekabrın 7-də geniş tərkibli Azərbaycan parlamenti* fəaliyyətə başladı. Parlamentin birinci iclasını xalqımızın vətənpərvər oğlu Məhəmməd Əmin Rəsulzadə açdı.
*parlament — qanunverici hakimiyyət orqanı