Soyqırımı siyasətini davam etdirən bolşevik-daşnak hərbi birləşmələri müstəqil Azərbaycan dövlətini — Azərbaycan Xalq Cümhuriyyətini aradan qaldırmaq üçün Gəncə üzərinə hərbi yürüşə başladı. Şəhərlərimiz, kəndlərimiz zəbt edilir, əhali qətl və qarətə məruz qalırdı. 1918-ci ilin yayında Göyçay yaxınlığında həlledici döyüş oldu. Nuru Paşanın başçılıq etdiyi türk qoşunu və Azərbaycan könüllülərinin birləşmiş qüvvələri daşnak-bolşevik işğalçılarını ağır məğlubiyyətə