Qarı 90 il əvvəl itirdiyi və bir daha görə bilmədiyi anasının və bacısının məzarını tapmışdı. Bu dəhşətə dözməyən nənə ertəsi gün vəfat etdi. Bu, Quba soyqırımının qurbanlarından birinin acı hekayəti idi.
1918-ci il mart qırğını xalqımıza qarşı soyqırımı idi. Bunu unutmağa heç kəsin haqqı yoxdur!
1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımıları tarixin yaddaşında saxlamaq üçün xüsusi fərman verdi. Bu fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edildi.