Zabıx dərəsindəki qələbənin xəbəri bütün azərbaycanlılar yaşayan kəndlərdə böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Sultan bəyin dəstəsinə qoşulanların sayı daha da artmışdı.
Zabıx döyüşündən sonra daha da azğınlaşan Andranik və onun tör-töküntüləri Azərbaycanın Zəngəzur bölgəsində daim sabitliyi pozur, vəhşiliklərindən əl çəkmirdilər. Onun hazırladığı Qarabağ və Gəncəni tutmaq, sonra isə Bakıdakı daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni dövlətini qurmaq planı Sultan bəyin və onun silahdaşlarının qəhrəmanlığı nəticəsində baş tutmadı.
Sultan bəyin qardaşı Xosrov bəy Azərbaycan hökumətinin Qarabağda nümayəndəsi idi. O, 1919-cu ilin yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdu.
Xosrov bəyin tədbirləri nəticəsində vaxtilə çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilər Azərbaycanın hakimiyyətini qəbul etdilər.