«Oxutmuram, əl çəkin!»
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Şair uşaqlar kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Sabir Vətəni satan, xalqa xəyanət edən dövlət xadimlərinə öz şeiri ilə elə damğa vurmuşdur ki, bu, illər keçsə də, unudulmur və unudulmayacaqdır. Məsələn, şair Qacarlar hökmdarı Məhəmməd Əli şahın ölkəyə, xalqa xəyanətini belə damğalamışdır:
Açmışam Reydə* geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram,
Ay alan! Məmləkəti-Rey satıram!
*Rey — İranda şəhər