“Molla Nəsrəddin” Azərbaycanda, eləcə də bütün müsəlman dünyasında və Yaxın Şərqdə nəşr olunan ilk satira jurnalı idi. Çox keçmədən onun təsiri ilə bəzi türk-müsəlman ölkələrində də köhnəliyi, geriliyi və cəhaləti tənqid edən jurnallar çıxmağa başladı.
Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda dünyasını dəyişmişdir.
“Molla Nəsrəddin” jurnalından
Qatarın üzərində yeni üsullu məktəb, onun yolunu kəsən iki nəfərin üstündə “köhnə üsul, köhnə elm, köhnə adət”, şəklin altında isə “Qoymarıq qabağa gedəsən” yazılmışdır.
Karikaturada fikir ondan ibarətdir ki, yeniliyə can atmaq meyilləri artıq o qədər güclüdür ki, köhnə adət-ənənə onların qarşısında dayana bilməz.