§ 34. Cəlil Məmməäquluzadə — “Molla Nəsrəddin”
İlıq bir yaz səhəri idi. Əlində əsa, başında şlyapa olan, səliqə ilə geyinmiş bir kişi meydana doğru irəliləyirdi. Kişi meydanın mərkəzinə doğru addımlamağa başladı. Beş-on metr getmişdi ki, bir uşağın — “Molla Nəsrəddin”, “Molla Nəsrəddin”, təzə jurnal, təzə jurnal, alın, lap az qalıb!” — deyə qışqırdığını eşitdi və o tərəfə baxdı. Uşaq şəkilli bir jurnalı başı üstündə yellədərək cəld addımlarla meydanı dolaşırdı. O, uşağa çatan kimi cibindən pul çıxarıb jurnaldan birini aldı. Jurnalın üz qabığındakı şəkil diqqətini daha çox cəlb etdi. Şəkildə çoxlu yatmış adam təsvir edilmişdi. Bu adamların bəziləri artıq oyanıb gərnəşirdilər. Çoxu isə dərin yuxuda idi. Bir molla ayaq üstə dayanmışdı. O bu adamlara müraciətlə deyirdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!..” Bu jurnal məşhur “Molla Nəsrəddin”
jurnalı idi. “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi 1906-cı il aprel ayının 7-də çapdan çıxmışdır. Jurnalın redaktoru* böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi.
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olmuş, ilk təhsilini də burada almışdı.
*Jurnal redaktoru — qəzet və jurnala rəhbərlik edən adam