“Əkinçi” qəzetinin toxumları milli azadlıq hərəkatının başlanğıcı idi. Məhz bu hərəkat sonralar Azərbaycanın müstəqil dövlətçiliyinin bərpasına səbəb oldu.
Həsən bəy Zərdabi məsləkdaşlarına*, xüsusilə Mirzə Fətəli Axundzadəyə yazdığı məktublarda maarifi, təhsili millətin tərəqqisinin başlıca şərti hesab edirdi. O, 1896-cı ildə Bakı qubernatoruna məktubla müraciət edərək qızlar üçün məktəb açmağa vəsait ayrılmasını xahiş etmişdi. Amma qubernator bu xahişi rədd etdi. Sonralar böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onun bu arzusunu həyata keçirdi.
*Məsləkdaş — eyni fikirdə olanlar