Xalqımızın dahi oğlu Mirzə Fətəli Axundzadə Tiflisdə vəfat etmiş və burada dəfn edilmişdir. Mirzə
Fətəli Axundzadənin adı əbədiləşdirilmiş, Şəkidə və Tiflisdə onun ev-muzeyi yaradılmışdır.
Sual və tapşırıqlar
Mirzə Fətəli Axundzadənin yaradıcılığında onun aldığı təhsilin
nə kimi rolu oldu?
Nəyə görə Mirzə Fətəli Axundzadəyə «Mirzə» deyirdilər?
Mirzə Fətəli Axundzadənin tənqid etdiyi problemləri yazın və
onlar haqqında danışın.
Mirzə Fətəli Axundzadə xalqımızın azadlığa qovuşmasını nədə görürdü?
M.F.Axundzadəyə aid xüsusiyyətləri sxemdə qeyd edin.