Mirzə Kazım
bəy Mirzə Fətəli
Axundzadə ilə
hansı məsələdə
həmfikir
olmuşdur?
Görkəmli alim ömrü boyu Azərbaycandan
uzaqlarda yaşasa da, Vətəni ilə əlaqələrini heç
vaxt üzməmişdi. Mirzə Kazım bəy Nizaminin,
Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli
Axundzadənin yaradıcılığını yüksək qiymətləndirmişdi.
Ərəb əlifbasının dəyişdirilməsi məsələsində
Mirzə Fətəli Axundzadə ilə həmfikir olmuş, onu müdafiə
etmişdi. Bundan başqa, dilimizin ilk elmi qrammatikasını Mirzə
Kazım bəy yazmışdır.
Sual və tapşırıqlar
- Abbasqulu ağa Bakıxanovun «Gülüstani-İrəm» əsəri hansı ölkələrin tarixinə həsr edilib?
- Abbasqulu ağa Bakıxanovun tarix elmi haqqında fikirlərini dəyərləndirin.
- Abbasqulu ağa Bakıxanovun elmə yüksək qiymət verdiyini nə
ilə sübut edə bilərsiniz?
- Mirzə Kazım bəy Rusiyada hansı elmin banisi olmuşdu?
- Ərəb əlifbasının dəyişdirilməsi məsələsində Mirzə Kazım bəy
kimlə həmfikir idi?
- Abbasqulu ağa Bakıxanov və Mirzə Kazım bəyin fəaliyyətini
müqayisə edin.