Onun 1841-ci ildə yazdığı «Gülüstani-İrəm» («Cənnət gülüstanı») əsəri Azərbaycanda tarix elminin inkişafında böyük rol oynadı. Əsər Azərbaycan və Dağıstan tarixinin qədim zamanlardan başlayaraq 1813-cü ilədək olan dövrünü əhatə edir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir.
Bakıxanov tarix elminin insanı gözəl əxlaqlı və bilikli etdiyini, gələcək nəsillərə tərəqqi və tənəzzül yollarını anlatdığını yazırdı. Həmçinin bu elmin dünyanın təcrübəsini öyrəndiyini qeyd edirdi.
Bakıxanov astronomiya, coğrafiya və digər elmlərlə də məşğul olmuşdu. O yazırdı: “Mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir... Etibar ediləcək və arxalanılacaq bir sərvət varsa, o da elm və ədəbdən ibarətdir”.