Cavad xanın ömür-gün yoldaşı Bəyim xanım onun şahidliyini böyük mətanətlə qarşıladı. Onun bu mətanəti və qüruru, hətta zalım rus generalını da heyrətə salmışdı. Gəncə işğal edildikdən sonra rus generalı xan sarayına gəlir. Bu zaman Bəyim xanım qılıncı sıyıraraq generala zərbə endirdi. Əgər əsgərlər olmasaydı, general salamat qalmayacaqdı. Bəyim xanımın qılınc zərbəsi özünü qabağa verən əsgərə dəydi. Qorxudan rəngi qaçmış general bayıra çıxdı. Bəyim xanım düşmən qarşısında əyilmədi. O, həyat yoldaşının, oğlunun və bütün Gəncənin yasını qəlbində saxladı.
Rus generallarından biri etiraf edirdi: «Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək, əlində silah qəhrəmancasına həlak olmuşdur».
Gəncənin qəhrəman adı işğalçıları qorxudurdu. Onun tarixdə qalması xalqın mübarizə əzmini artıra bilərdi. Ona görə də Gəncənin tarixi adı dəyişdirildi. Şəhər Rusiya çarının arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə adını işlədən hər kəs bir gümüş pul cərimə olunurdu.
Gəncənin işğalı digər Azərbaycan torpaqlarının işğalına yol açdı. Bundan sonra Azərbaycan xanlıqları bir-birinin ardınca çar Rusiyası tərəfindən işğal edildi.
Hacı Çələbi | Cavad xan |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |