Türkmənçay müqaviləsi bağlandıqdan sonra Qacarlar dövlətində və Osmanlı ərazilərində yaşayan erməni ailələri Azərbaycana köçürüldülər. Yerli əhalinin — Azərbaycan türklərinin torpaqları əllərindən alınır və buraya köçürülən ermənilərə verilirdi. Yalnız Qarabağa deyil, İrəvan, Borçalı və Naxçıvan ərazilərinə də çoxlu erməni ailələri köçürüldü. Bütün bunlar xalqımıza qarşı ermənilərin gələcəkdə törədəcəkləri soyqırımların başlanğıcı idi.