Son dövrlərdə tarixi mənbələr sırasına televiziya verilişləri, reportajlar və s. əlavə edilmişdir.
Tarix necə hesablanır? Qədim zamanlardan insanlar gecə ilə gündüzün bir-birini əvəz etdiyini müşahidə edirdilər. Əvvəllər günlərin sayını yadda saxlamaq üçün ağacın üstündə kəsiklər edir və ya ipə düyünlər vururdular. Gecə-gündüz qədim insanların istifadə etdiyi ilk vaxt ölçüsü idi. Sonralar təsərrüfatın inkişafı ilə bağlı müxtəlif təqvimlər yaradıldı. Biz hazırda Milad təqvimindən istifadə edirik. Bu təqvimdə İsa peyğəmbərin anadan olması (milad) başlanğıc hesab edilir. Bu, tarixdə era adlanır. Miladdan əvvəlki dövr eradan əvvəl (e.ə.), sonrakı dövr isə yeni era adlanır. Tarix minilliklərə (1000 il), əsrlərə (100 il) və rüblərə (25 il) bölünür.
Eradan əvvəl baş vermiş hadisədən yeni erada baş verən hər hansı bir hadisəyədək nə qədər vaxt keçdiyini necə hesablayırıq? Məsələn, əcdadlarımızın yaratdığı Manna dövləti e.ə. 1-ci minillikdə meydana gəlmişdir. Yeni eranın başlanğıcından isə artıq 2 min ildən çox zaman ötür. Manna dövlətinin yaranmasından nə qədər vaxt keçdiyini bilmək üçün 2 min illə min ili toplayırıq. Deməli, Manna dövlətinin yaranmasından təxminən 3 min il keçmişdir.
il ⇨ | 200 | ... | 101 | 100 | ... | 1 | 1 | ... | 100 | 101 | ... | 200 |
əsr ⇨ | e.ə.2-ci əsr | e.ə.1-ci əsr | 1-ci əsr | 2-ci əsr | ||||||||
era ⇨ | Eradan əvvəl (Miladdan əvvəl) | Yeni era |
Tarixi mənbələr | |||
Maddi | Yazılı | Şifahi | Görüntülü |