Ətraf mühitin çirklənməsi ilə bağlı olan fövqəladə vəziyyət sənaye müəssisələrindəki radioaktiv, kiməvi və bioloji təhlükəli maddələrin tullanması ilə baş verir.

Radioaktiv maddələrin tullanması ilə bağlı olan qəzalara Atom Elektrik Stansiyalarında, nüvə silahı istehsal edən müəssələrdə baş verən qəzalar aiddir (Çernobl AES, Yaponiyada sunami nəticəsində AES-də baş verən qəza və s.).

Kimyəvi maddələrin tullanması ilə müşayiət olunan qəzalara kimyəvi maddələrin istehsal olunduğu və saxlanıldığı obyektlərdə rast gəlinir.

Bioloji maddələrin tullanması ilə bağlı olan qəzalara təhlükəli istehsalat müəssisələrinin tullantıları, bakterioloji maddələrin hazırlanması, emalı, daşınması zamanı baş verən qəzalar aiddir.

Radiasiya təhlükəli obyektlərdə qəzalar: Müasir dövrdə praktiki olaraq elmin və təsərrüfatın bütün sahələrində radioaktiv maddələrdən istifadə olunur. Nüvə elmi və texnikası iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb etsə də, ətraf mühit və insanlar üçün böyüktəhlükə mənbəyidir.

Radioaktiv qəzalar üç qrupa bölünür:

- lokal;

- yerli;

-ümumi.

Heyətə və əhaliyə radioaktiv zəhərlənmə zonasında radiasiya təsiri insanların xarici və daxili şüalanma miqdarı ilə xarakterizə edilir.