Piktoqram – məlumatın şəkillərlə təsviri.
Hər şəkil ( ) uyğun şirniyyatın 1 ədədini göstərir.
Pul – mal almaq üçün istifadə olunan qəpik və manatlar.
Saat – gün ərzində vaxtı bilmək üçün istifadə olunur. Saat üzərində uzun əqrəb tam bir dövr etdikdə 1 saat keçir.
Sütunlu diaqram – məlumatın üst-üstə düzülmüş düzbucaqlılarla təsviri.
Yarı – tamı iki bərabər yerə böldükdə alınan hissələrdən biri.
100-lük kart – 1-100 ədədlərini göstərən kvadrat cədvəl.
10-a tamamlama – ədədi 10-a çatdırmaq üçün onun artırılması. Məsələn, 7-ni 10-a tamamlamaq üçün 3 əlavə edilir: 7 + 3 = 10.