-
Samir, Aynur və Anar iki tort almaq istədilər. Onların hərəsinin 5 manat pulu var.
Uşaqların cəmi neçə manat pulu var? Onlar hansı iki tortu ala bilərlər?
-
Gölməçənin uzunluğu 18 sm-dir. Qarışqa saman çöplərini uc-uca qoyub suyu
keçmək istədi. O, uzunluğu 7 sm və 8 sm olan iki çöp tapdı.
-
Qarışqa bu çöplərdən istifadə etməklə
gölməçəni keçə bilərmi?
-
Əgər keçə bilməzsə, bunun üçün ona
uzunluğu ən azı neçə santimetr olan
üçüncü çöp lazımdır?
-
Sağ tərəfdəki tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş
qoymaq lazımdır?
-
Samovar 10 l, vedrə isə 4 l su tutur. Boş samovara
2 vedrə su tökdülər. Vedrəni bir daha doldurub
samovar dolana kimi töksələr, vedrədə neçə litr
su qalar?
-
Zooparkın qarşısında belə bir lövhə var.
Zoopark ziyarət üçün gün ərzində neçə saat
açıq olur?