Mağazada gün ərzində cəmi 16 ədəd şokoladlı, meyvəli və ballı tort satıldı.
Satılan şokoladlı və meyvəli tortların sayı piktoqramda göstərilib.
Piktoqramda neçə ballı tort şəkli olmalıdır?
Gün ərzində satılan tortlar
Şokoladlı
Meyvəli
Ballı
Diaqramda həyətdəki heyvanların sayı təsvir olunub. Anar və Lalə heyvanların
ümumi sayını xətlərlə göstərdilər. Onlardan kim səhv etdi?
Lalə 20 gün ərzində hava haqqında məlumatı diaqramda təsvir etdi. Diaqrama
əsasən sualları cavablandırın:
a) Hava neçə gün günəşli olub?
b) Hansı günlərin sayı daha çoxdur:
yağışlı, yoxsa buludlu?
c) Yağışlı günlərin sayı günəşli günlərin
sayından nə qədər azdır?
d) Diaqrama əsasən əlavə bir neçə sual
tərtib edin.