ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Zolaqların uzunluğunu ölçün. Dəftərdə uzunluğu onların uzunluqları cəminə bərabər olan parça çəkin.
Sağdakı tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş qoymaq lazımdır?
Bidon 15
l
süd tutur. Boş bidona tutumu 6
l
olan vedrə ilə iki dəfə süd tökdülər.
Bidona neçə litr süd tökdülər?
Bidonu doldurmaq üçün neçə litr süd əlavə olunmalıdır?
Hər gün məktəbdən evə gələrkən anası Elxana 1 qoğal alır. O, şənbə və bazar günləri məktəbə getmir. Anası Elxana həftədə neçə qoğal alır?
Lalənin musiqi dərsləri saat 2-dən sonra, 5-dən əvvəl başlayır. Şəkildəki hansı saat onun musiqi dərslərinin başlandığını göstərə bilər?
Qatar saat 8 tamamda Bakıdan Gəncəyə yola düşdü. 12 tamamda Gəncəyə çatdı. Qatar neçə saat yolda oldu?