🡰
-
Günlər ayları, aylar isə ili əmələ gətirir.
-
1 il 12 aydan
ibarətdir. İlin
ilk ayı yanvar,
son ayı isə
dekabrdır.
-
1 ildə 4 fəsil,
hər fəsildə
isə 3 ay var.
-
Suallara cavab verin.
-
İndi hansı aydır?
-
2 ay sonra hansı ay olacaq?
-
Yanvardan 3 ay sonra hansı aydır?
-
Sentyabrdan 2 ay əvvəl hansı aydır?
-
Aynur həftənin çərşənbə, cümə və bazar günlərindən başqa,
qalan bütün günlərdə rəsm dərnəyinə gedir. O, həftənin
neçə günü rəsm dərnəyinə gedir?
-
Anar yay fəslinin hər ayında 2 kitab, qalan ayların hər birində isə 1 kitab oxudu.
-
Anar yayda neçə kitab oxudu?
-
Anar ilboyu cəmi neçə kitab oxudu?
-
Elxan məktəbə Lalədən əvvəl gəldi. Samir Lalədən sonra, amma Aynurdan
əvvəl gəldi. Məktəbə birinci və
sonuncu kimlər gəldi?