-
Stəkanları doludan boşa doğru
olmaqla sıralayın.
-
Qabların tutumunu ölçmək üçün litrdən
istifadə olunur və qısa
olaraq “l ” kimi yazılır.
-
Vedrələrin tutumu suqabları ilə təsvir olunub.
- Hər vedrə neçə litr su tutur?
- Qırmızı vedrə sarıdan neçə litr çox su tutur?
- Üç vedrə birlikdə neçə litr su tutur?
-
Bidon 10 l süd tutur.
Dolu bidondan tutumu 7 l olan
vedrəni süd töküb doldurdular.
Bidonda neçə litr süd qaldı?
-
Samovarın tutumu 12 l-dir.
5 l su tutan vedrəni iki dəfə
doldurub boş samovara tökdülər.
Samovarın dolması üçün əlavə
neçə litr su tökmək lazımdır?