Müstəqil iş
Hədiyyə qutularından ən ağırını və ən yüngülünü müəyyən edin.
Əşyaları tərəzidə çəkməklə onların kütləsini bilmək olar. Kütlə çox vaxt kiloqramla ölçülür. Qısa olaraq “kq” kimi yazılır.
Yemişin kütləsi 1 kiloqramdır.
Ərzaqların kütləsini müəyyən edin.
Məsələ həlli
Uşaqlar bağdan sarı, qırmızı və yaşıl alma dərib səbətlərə yığdılar. Səbətləri tərəziyə qoydular. Ən ağır səbət neçə kiloqramdır?
Səbətlərin birlikdə ağırlığı neçə kiloqramdır?
Yaşıl almalar sarılardan neçə kiloqram ağırdır?
Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş əlavə olunmalıdır?