- Zolaqların uzunluğunu xətkeşlə ölçün. Onları uzundan qısaya sıralayın.
- Verilən lentdən 4 sm kəsildi. Qalan lentin uzunluğunu tapmaq üçün misal yazın.
-
Xətkeşdən istifadə etməklə müəyyən uzunluqlu xətt,
yəni parça çəkmək olar.
-
Parçanın uzunluğunu ölçün. Dəftərdə uyğun parçaları çəkin:
-
bu parça ilə eyni uzunluqda;
-
bu parçadan 2 sm qısa;
-
bu parçadan 3 sm uzun.
-
Aynur uzunluğu 8 sm və 5 sm olan iki zolağı uc-uca birləşdirdi. Alınan zolağın
uzunluğunu tapın.
-
Göy və sarı zolaqlar eyni uzunluqdadır. Lalə bu iki zolağı uc-uca qoyub
yapışdırmaq istədi. İki zolağın birlikdə uzunluğu neçə santimetr olar?
-
Qırmızı zolaq yaşıldan 5 sm qısadır. Yaşıl zolağın uzunluğunu tapmaq
üçün misal yazın. Cavabı necə yoxlamaq olar?