-
Samir və Elxan hərəyə bir kökə aldılar.
Onlar cəmi nə qədər pul ödədilər?
-
Anar, Lalə və Səbinə birlikdə Aynurun
ad gününə tort almaq istədilər. Onların
hərəsinin 6 manat pulu var. Ballı tort 17 manat,
meyvəli 18 manat, şokoladlı isə 20 manatdır.
Onların pulu hansı tortlardan almağa çatar?
-
Lalə hər birinin qiyməti 8 qəpik olan pozan
və karandaşyonan aldı. O bu məbləği pul
qabındakı hansı qəpikliklərlə ödəyə bilər?
-
Lalənin anası şəkildə göstərilən ərzaqları aldı.
-
Ərzaqların ümumi qiyməti nə qədərdir?
-
O, satıcıya 20 manatlıq pul verdi.
Satıcı nə qədər pul qaytarmalıdır?
-
Samirin bir 5 qəpikliyi və bir 10 qəpikliyi var.
O, qiyməti 7 qəpik olan iki karandaş aldı.
-
Samir iki karandaş üçün cəmi nə qədər pul
ödəməlidir?
-
O bütün pulunu verərsə, satıcı ona nə qədər
pul qaytarar?
-
Elxanın 3 manat, Anar və Lalənin hərəsinin
4 manat pulu var. Onlar qiyməti 9 manat olan
pitsa aldılar. Onların nə qədər pulu artıq
qalar?