-
Bir alma 6 qəpiyə, bir armud isə 7 qəpiyədir. 2 alma
və 1 armud üçün nə qədər pul ödəmək lazımdır?
-
Verilən pul malın qiymətindən
çox olarsa, bu puldan malın
qiyməti çıxılır, qalan pul geri
qaytarılır.
-
Pul qabındakı pula ləvazimatlardan birini alsanız, satıcı nə qədər pul qaytarar?
-
Elxan yığdığı 6 manat pulu anasına verdi. Anası ona qiyməti
19 manat olan idman ayaqqabısı aldı. Anası Elxanın puluna
neçə manat əlavə etdi?
-
Samir, Anar və Səbinə kitab almaq istədilər. Samir və Anarın hərəsinin 3
manat pulu var. Qiyməti 8 manat olan kitabı almaq üçün Səbinə nə qədər pul
əlavə etməlidir?
-
Lalə 16 qəpiyə iki məktəb ləvazimatı aldı.
-
O, satıcıya 20 qəpik pul verdi. Satıcı ona nə qədər pul qaytarmalıdır?
- O hansı ləvazimatları ala bilərdi?